Moskvada bir sutkada 49 nəfər koronavirusdan ölüb

Moskvada bir sutkada 49 nəfər koronavirusdan ölüb
# 20 oktyabr 2020 01:07 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 49 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6058-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 367 629 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 5376 nəfər təşkil edib. Ümumilikdə 275 648 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR