Moskvada bu günədək 334 813 koronavirusa yoluxma hadisəsi aşkarlanıb

Moskvada bu günədək 334 813 koronavirusa yoluxma hadisəsi aşkarlanıb
# 13 oktyabr 2020 03:16 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 58 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5687 nəfərə çatıb.

Qeyd edək ki, ümumilikdə şəhərdə 334 813 koronavirusa yoluxma hadisəsi aşkar edilib ki, bunun da 4 395-i son bir gündə qeydə alınıb. 262 min 750 nəfər isə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR