Moskvada daha 14 nəfər koronavirusdan ölüb

#
# 02:31
24 iyun 2020

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 14 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3657-yə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 599 705 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 7425 nəfər bu virusa yoluxub, 153 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 8359 nəfərdir, indiyədək 356 429 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR