Moskvada daha 52 nəfər koronavirusdan ölüb

Moskvada daha 52 nəfər koronavirusdan ölüb
# 18 oktyabr 2020 02:52 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 52 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5958-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 357 643 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 4648 nəfər təşkil edib. Ümumilikdə 272 mindən çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR