Moskvada daha 55 nəfər koronavirusun qurbanına çevrilib

Moskvada daha 55 nəfər koronavirusun qurbanına çevrilib
# 08 oktyabr 2020 05:49 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 55 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5497-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 314 788 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 3229 nəfər təşkil edib. Ümumilikdə 256 362 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR