Moskvada koronavirusdan daha 14 nəfər ölüb

Moskvada koronavirusdan daha 14 nəfər ölüb
# 12 aprel 2020 00:43 (UTC +04:00)

Moskvada koronavirusdan 51-82 yaş aralığında olan daha 14 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqəli vəziyyətə nəzarət edən Əməliyyat Qərargahının məlumatında bildirilib.

Qeyd edilib ki, koronavirusa yoluxan xəstələrin hamısında digər (hipertaniya, şəkərli diabet, kardiomiopatiya və infarkt) xəstəliklər də müşahidə edilib.

Xatırladaq ki, son məlumatlara görə, Moskvada 8852 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR