Moskvada koronavirusdan ölənlərin sayı 500-ü keçib

Moskvada koronavirusdan ölənlərin sayı 500-ü keçib
# 29 aprel 2020 01:42 (UTC +04:00)

Rusiya paytaxtında daha 67 nəfər koronavirus infeksiyasından ölüb. Bununla da Moskvada bu virusdan ölənlərin sayı 546 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, ölənlərin hamısında koronavirus infeksiyası ilə yanaşı digər xəstəliklər də aşkar olunub.

Qeyd edək ki, Rusiyada ümumilikdə 93 558 nəfər virusa yoluxub, 867 nəfər də virusun qurbanına çevrilib. İndiyədək 8456 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR