Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb

Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb
# 04 may 2021 08:14 (UTC +04:00)

Moskvanın cənub-şərqində, Kojukovskaya 26 ünvanında yerləşən oteldə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsi məlumat yayıb.

100 kv.m ərazini əhatə edən yanğın söndürülüb. Alovun söndürülməsi zamanı üç nəfərin cəsədi tapılıb.

Yanğın birinci mərtəbədə və dəhlizdə başlayıb. Hazırda xilas edilənlərin sayı dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR