Moskvada son sutka ərzində 71 nəfər koronavirusun qurbanına çevrilib

Moskvada son sutka ərzində 71 nəfər koronavirusun qurbanına çevrilib
# 23 noyabr 2020 03:23 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 71 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8379-a çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 547 138 insanda koronavirus aşkar olunub, onlardan 7168 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 400 332 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR