Moskvada son sutkada 6902 nəfərdə COVID-19 aşkarlanıb, 74-ü bu virusdan ölüb

Moskvada son sutkada 6902 nəfərdə COVID-19 aşkarlanıb, 74-ü bu virusdan ölüb
# 21 noyabr 2020 01:26 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8233-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 539 970 insanda koronavirus aşkar olunub, onlardan 6902 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 394 252 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR