Moskvada son sutkada 75 koronaviruslu xəstə ölüb

#
# 02:06
15 noyabr 2020

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7787-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək təxminən 504 min insanda koronavirus aşkar olunub, ümumilikdə 363,3 mindən çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR