Moskvada son sutkada koronavirusdan 13 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 13 nəfər ölüb
# 27 iyul 2020 03:06 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 13 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4411 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada ümumilikdə 812 min yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 600 mini nəfəri sağalıb, 13 269 nəfər dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR