Moskvada son sutkada koronavirusdan 14 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 14 nəfər ölüb
# 23 iyul 2020 01:15 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 14 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4 364 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada ümumilikdə 789 190 yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 572 053 nəfəri sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR