Moskvada son sutkada koronavirusdan 24 nəfər vəfat edib

Moskvada son sutkada koronavirusdan 24 nəfər vəfat edib
# 07 iyul 2020 02:10 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 24 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə epidemiya ilə bağlı paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bununla da paytaxtda ölənlərin ümumi sayı 3999 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada ümumilikdə 687 862 yoluxma, 10 296 ölüm hadisəsi qeydə alınıb. Bu günədək 454 329 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR