Moskvada son sutkada koronavirusdan 35 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 35 nəfər ölüb
# 01 iyul 2020 01:12 (UTC +04:00)

Moskvada son bir gündə 35 nəfər koronavirusdan dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla, paytaxtda koronavirus qurbanlarının ümumi sayı 3831-ə çatıb.

Qeyd edək ki, Rusiya paytaxtında yeni virusdan bir gün əvvəl də 35 nəfər ölmüşdü.

Rusiyada qeydə alınan yoluxma hallarının 1/3-i (222 min) Moskvanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR