Moskvadakı xəstəxanada yanğın olub, 1 nəfər ölüb

Moskvadakı xəstəxanada yanğın olub, 1 nəfər ölüb
# 09 may 2020 23:06 (UTC +04:00)

Moskvanın şimalında Vuçetiç küçəsində yerləşən 50 nömrəli şəhər klinik xəstəxanasının altımərtəbəli korpusunun birinci mərtəbəsində yanğın hadisəsi baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 20 kvadratmetr ərazidə baş verən yanğın zamanı 1 nəfər həlak olub.

Təhlükəsizlik məqsədilə 200 nəfərdən çox insan yanan binadan təxliyə edilib.

Tibb müəssisəsindəki xəstələr arasında koronavirusa yoluxanların da olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR