Nazir: “Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq”

Nazir: “Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq”
# 12 avqust 2020 12:35 (UTC +04:00)

“Yeni növ koronavirusa qarşı peyvənd könüllü olacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bu gün keçirdiyi brifinqdə deyib.

“Tibb işçiləri də könüllü peyvənd olunacaqlar”, - deyə nazir vurğulayıb.

M. Muraşko qeyd edib ki, bütün hallarda peyvəndlənmə könüllü olacaq.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR