Özbəkistanda 140 nəfər koronavirusdan sağalıb

Özbəkistanda 140 nəfər koronavirusdan sağalıb
# 17 aprel 2020 12:51 (UTC +04:00)

Özbəkistanda daha 11 nəfər yeni növ koronavirusdan sağalıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan sağalanların sayı ümumilikdə 140 nəfər təşkil edir.

Qeyd edək ki, Özbəkistanda koronavirusa ilk yoluxma halı martın 15-də qeydə alınıb. Bu gün səhərə olan məlumata görə isə ölkədə koronavirusa yoluxanların sayı 1380 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR