Özbəkistanda koronavirusa yoluxanların sayı 1400-ü ötüb

Özbəkistanda koronavirusa yoluxanların sayı 1400-ü ötüb
# 18 aprel 2020 10:28 (UTC +04:00)

Özbəkistanda daha 45 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 1405, ölənlərin sayı 4, sağalanların sayı isə 156-dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR