Paşinyan: “Mənim istefamı tələb edən bir siyasi xadim var, bir gün əvvəl isə o, Şuşadakı mövqeləri tərk etmişdi”

Paşinyan: “Mənim istefamı tələb edən bir siyasi xadim var, bir gün əvvəl isə o, Şuşadakı mövqeləri tərk etmişdi”
# 10 noyabr 2020 05:06 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı verdiyi qərarın səbəbini açıqlamayıb.

APA-nın “SputnikArmenia”ya istinadən verdiyi xəbərə görə, o, bunu hərbi əməliyyatların dayandırılması prosesinin davam etdiyini və bəyanatının bir çoxuna zərər vura biləcəyi ilə əsaslandırıb.

Paşinyan qərarın dərin analiz və hazırkı hərbi vəziyyəti dərindən bilən şəxslərin qənaəti əsasında verildiyini vurğulayıb.

“Mən çox şey deyə bilərəm, lakin insanların həyatını təhlükəyə atmamaq üçün susacam. İndi hay-küy salanlar səngərlərdəki əsgərlərin kürəyinə zərbə vururlar. Mənim istefamı tələb edən bir siyasi xadim var, bir gün əvvəl isə Şuşadakı mövqeləri tərk etmişdi. Məqsədləri ədalətli və səmimi olan insanlar da var. Bu ölən əsgərlərin doğmalarıdır, mən onların qarşısında baş əyirəm”, - deyə Paşinyan bildirib.

O, qeyd edib ki, cəbhədə vəziyyət stabil deyil və ona zərər vuracaq addım atmaq olmaz. Paşinyan bir daha vurğulayıb ki, hazırda heç nəyi təfsilatı ilə izah edə bilməyəcək, vəziyyət stabilləşəndən sonra hər şeyi açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR