Paşinyan Putinə zəng edib

Paşinyan Putinə zəng edib
# 24 aprel 2021 14:30 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zaman Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Rusiya sülhməramlılarının səyləri sayəsində regionda vəziyyətin stabil və sakit olaraq qaldığı qeyd olunub.

Energetika sahəsi daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzularına dair fikir mübadiləsi aparılıb.

Paşinyan iyun ayında keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi Ermənistanda daxili siyasi vəziyyət barədə Putini məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR