Paşinyan xidməti təyyarəsində texniki nasazlıq səbəbindən Kazandan ölkəsinə qayıda bilmir

Paşinyan xidməti təyyarəsində texniki nasazlıq səbəbindən Kazandan ölkəsinə qayıda bilmir
# 01 may 2021 00:40 (UTC +04:00)

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yaranmış texniki nasazlıq səbəbindən Kazandan İrəvana başqa təyyarə ilə qayıdacaq.

APA “Sputnik”ə istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, hazırda nasazlığın aradan qaldırmaq üçün işlər aparılır: “Problem həll olunmasa, nümayəndə heyəti başqa bir təyyarədə qayıdacaq”.

Qeyd edək ki, Paşinyan Kazana hökumətlərarası şuranın iclasında iştirak etmək səfər etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR