Paşinyana qarşı aksiya təşkil edən Meğri icmasının rəhbəri sərbəst buraxılıb

Paşinyana qarşı aksiya təşkil edən Meğri icmasının rəhbəri sərbəst buraxılıb
# 24 aprel 2021 00:42 (UTC +04:00)

İrəvan məhkəməsi baş nazir Nikol Paşinyana qarşı etirazlar zamanı saxlanılan Meğri icmasının rəhbəri Mxitar Zakaryanın sərbəst buraxılmasına dair qərar verib.

APA TASS-a istinadən xəbər verir ki, bunu Zakaryanın vəkili Qayane Papoyan jurnalistlərə bildirib.

“Məhkəmə Zakaryanın həbsini yetərli şübhələr olmadığına görə əsassız sayıb. O, həbsdən azad edilib”, - vəkil belə deyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi M.Zakaryana qarşı cinayət işi açmışdı. İstintaq Komitəsinin rəyinə görə, baş nazir N.Paşinyan Meğriyə səfər edən zaman M.Zakaryan bir qrup yerli administrasiya işçiləri, öz yaxınları və şirkət işçilərinin iştirakı ilə xuliqanlıq hərəkətləri təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR