Pepe 37 yaşında 2 illik yeni müqavilə bağlayıb

Pepe 37 yaşında 2 illik yeni müqavilə bağlayıb
# 04 noyabr 2020 22:28 (UTC +04:00)

Portuqaliyanın “Porto” klubunun futbolçusu Pepe yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ulduz futbolçu karyerasını daha 2 il davam etdirmək qərarına gəlib. 37 yaşlı oyunçu klubu ilə sözləşmə müddətini 2023-cü ilin yayına qədər uzadıb.

Qeyd edək ki, Pepe “Porto”ya ötən il “Beşiktaş”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR