Peskov: “Putin və Ərdoğan çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”

Peskov: “Putin və Ərdoğan çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”
# 17 iyul 2020 13:06 (UTC +04:00)

“Rusiya və Türkiyə prezidentləri çox çətin vəziyyətlərdə həll yolu tapmağı bacarırlar”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Avtoradio”ya müsahibəsində deyib.

O, danışıqlar vaxtı V. Putinin konkret məsələlər qoyduğunu, daha sonra verdiyi vədləri dərhal yerinə yetirdiyini vurğulayıb: “Bu mənada Putin və Ərdoğan biri-birinə bənzəyirlər. Ona görə də onlar çox, çox çətin vəziyyətlərdə həll yolu tapmağa nail olurlar. Bu, Suriya probleminə də aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR