Peskov Putinin xəstəliyi və istefa planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Peskov Putinin xəstəliyi və istefa planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
# 06 noyabr 2020 15:41 (UTC +04:00)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, D. Peskov yayılan xəbərləri cəfəngiyat adlandırıb.

Onun sözlərinə görə, Rusiya Prezidentinin səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri səhhətində yaranan problemlə əlaqədar V. Putinin gələn ilin əvvəlində postunu tərk edəcəyini iddiası ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR