Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

#
# 14:21
14 aprel 2021

Rusiya Prezidenti Vladimir Putinə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin ikinci dozası vurulub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə V. Putin Rusiya Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin iclasında bildirib.

“Sizi məlumatlandırmaq istəyirəm ki, indi, bu zala girməmişdən qabaq peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Nəinki ümid edirəm, hətta buna əminəm”, - deyə Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR