Putin “Ölməz alay” yürüşünün gələn il keçirilməsi təklifini dəstəkləyib

#
# 15:45
20 iyul 2020

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan “Ölməz alay” yürüşünün gələn il keçirilməsi təklifini dəstəkləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidenti koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan “Ölməz alay” yürüşünün gələn il keçirilməsi ideyasını dəstəklədiyini bildirib.

Qeyd edək ki, hər il ənənəvi olaraq 9 May paradından sonra keçirilən "Ölməz alay" kütləvi aksiyası bu il koronavirus pandemiyasına görə təxirə salınıb. Ölkə başçısının tapşırığı ilə "Ölməz alay" yürüşünün 26 iyul tarixində keçirilməsinə qərar verilib. Lakin ötən həftə aksiyanın təşkilatçıları koronavirus təhlükəsinin olduğunu nəzərə alaraq "Ölməz alay" yürüşünün keçirilməsini bu il ləğv ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR