Putin Qırğızıstan və Tacikistan arasında vasitəçi olmağa hazırdır

Putin Qırğızıstan və Tacikistan arasında vasitəçi olmağa hazırdır
# 30 aprel 2021 15:33 (UTC +04:00)

“Prezident Vladimir Putin Qırğızıstan və Tacikistan arasındakı münaqişənin həllində vasitəçi olmağa hazırdır”.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Sözsüz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla, bir sıra formatlardakı ümumi maraqlarımızı nəzərə alaraq, Prezident Putin tərəfdaş ölkələr arasında kəskin problemlərin həllində vasitəçi olmağa hazırdır. O, bunu bir neçə dəfə nümayiş etdirib. Hazırda bu istiqamətdə aparılan diplomatik fəaliyyəti və atəşkəsin əldə olunmasını yüksək qiymətləndirir və alqışlayırıq”.

Qeyd edək ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində yaranmış qarşıdurmada 20 nəfər həlak olub, 150 nəfər yaralanıb. Qırğızıstan atışmada xüsusi təyinatlı 3 sərhədçisinin də həlak olduğunu açıqlayıb.

Aprelin 29-da axşam saatlarında tərəflər atəşkəs barədə razılığa gəlib, atəş dayandırılıb.

Bu gün isə atışmanın yenidən baş verdiyi barədə məlumatlar yayılıb.

Əlavə edək ki, bölgədə qarşıdurmalar müntəzəm baş verir. Buna səbəb Qırğızıstan-Tacikistan sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olmasıdır.

Tərəflər sərhəddə insidentlərlə görə bir-birini ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR