Putin: “Rusiya Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat formalaşdırıb”

Putin: “Rusiya Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat formalaşdırıb”
# 27 avqust 2020 15:14 (UTC +04:00)

“Rusiya Belarusun seçilmiş prezidenti Aleksandr Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat formalaşdırıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” kanalının jurnalisti Sergey Brilyova müsahibəsində bildirib.

"Aleksandr Lukaşenko məndən hüquq-mühafizə orqanları əməkdaşlarından ehtiyat formalaşdırmağı xahiş edib. Mən bunu etdim. Lakin biz razılaşdıq ki, vəziyyət nəzarətdən çıxmayana qədər onlardan istifadə olunmayacaq", - deyə Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR