Putin: “Yeni “OPEC+” razılaşmasının bütün iştirakçı ölkələr tərəfindən icra edilməsi vacibdir”

Putin: “Yeni “OPEC+” razılaşmasının bütün iştirakçı ölkələr tərəfindən icra edilməsi vacibdir”
# 15 aprel 2020 18:39 (UTC +04:00)

“Yeni “OPEC+” razılaşmasının bütün iştirakçı ölkələr tərəfindən icra edilməsi vacibdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi onlayn müşavirədə deyib.

“Vacibdir ki, hamı bu əldə olunan razılaşmanı icra etsin. Bütün həmkarlarımızla, ən əsası da başlıca oyunçularla daim təmasda olmaq lazımdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin Rusiyanın Energetika naziri Aleksandr Novaka və “OPEC+” iştirakçı ölkələrinin Energetika nazirlərinə görülən işə görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR