Putin Yuri Lujkovla vida mərasimində iştirak edib

Putin Yuri Lujkovla vida mərasimində iştirak edib
# 12 dekabr 2019 14:48 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimində iştirak edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskvada Xilaskar İsa Məsihin Məbədi Kilsəsində keçirilən vida mərasiminə qatılan Rusiya dövlət başçısı cənazənin önünə gül dəstəsi qoyub və Y. Lujkovun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, 1992-2010-cu illər ərzində Moskvanın meri olmuş Y. Lujkov 83 yaşında Almaniyada xəstəxanada vəfat edib.

Y. Lujkov bu gün Moskvanın "Novodeviçye" qəbiristanlığında dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR