Putin və Lukaşenko arasında telefon danışığı baş tutub

Putin və Lukaşenko arasında telefon danışığı baş tutub
# 30 dekabr 2019 21:02 (UTC +04:00)

Rusiya Federasiyası prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin yaydığı rəsmi bəyanatda bildirilir.

Ökə başçıları Rusiya qazının Belarusa çatdırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıb, məsələnin hər iki ölkənin müvafiq qurumları arasında davam etdirilməsi barədə razılığa gəliblər.

Telefon danışığı Belarus prezidentinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər həmçinin iki müttəfiq ölkə arasında münasibətlər və əməkdaşlığın müxtəlif inkişaf aspektlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR