Putin və Lukaşenko bu həftə görüşəcəklər

Putin və Lukaşenko bu həftə görüşəcəklər
# 04 fevral 2020 14:07 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko bu həftə görüşəcəklər.

APA-nın BELTA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti A. Lukaşenko bildirib.

"Böyük ehtimalla fevralın 7-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Ona açıq şəkildə söyləyəcəyəm ki, həqiqətin vaxtı gəlib çatıb. Belarus və Rusiya arasında qurulan bu yaxın münasibətlərin təşəbbüskarları bizik. Siyasi karyeramızın sonunda biz bu əlaqələri məhv edəcəyikmi? Biz əbədi olaraq burada olmayacağıq. Məsələ özümüzdən sonra nə miras qoyacağımızdadır", - deyə A. Lukaşenko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR