Putin və Merkel arasında telefon danışığı olub

Putin və Merkel arasında telefon danışığı olub
# 08 may 2020 13:44 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın federal kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya və Almaniya liderləri Avropa və dünyanın faşizmdən azad olunmasının 75-ci ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.

Rusiya və Almaniya üçün bu tarixin xüsusi, simvolik əhəmiyyətinin olduğunu vurğulanıb. Həmin illərdəki faciəvi hadisələrin tarixi xatirəsinin qorunub saxlanılmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, bu gün Rusiya və Almaniya bir çox aktual beynəlxalq problemlərin həllində tərəfdaşdırlar.

V. Putin və A. Merkel koronavirus pandemiyası ətrafındakı vəziyyət barədə fikir mübadiləsi apararaq infeksiyanın yayılmasına qarşı fəaliyyətdə sıx əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR