Putinin bir həftə əvvəl olduğu xəstəxananın baş həkimi koronavirusa yoluxub

Putinin bir həftə əvvəl olduğu xəstəxananın baş həkimi koronavirusa yoluxub
# 31 mart 2020 17:17 (UTC +04:00)

Moskvanın Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasının baş həkimi koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenkonun COVID-19 virusuna yoluxduğu bildirilib.

Qeyd edək ki, baş həkim Denis Protsenko martın 24-də Prezident Vladimir Putin həmin xəstəxanaya gələrkən onu müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR