Putinlə Lukaşenko Soçidə görüşəcəklər

Putinlə Lukaşenko Soçidə görüşəcəklər
# 11 sentyabr 2020 16:18 (UTC +04:00)

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçi şəhərində görüşəcəklər.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Belarus prezidenti sentyabrın 14-də Rusiyaya işgüzar səfərə gələcək.

Soçidə keçiriləcək danışıqlarda Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR