Qazaxıstan Baş Nazirinin müavini koronavirusa yoluxub

Qazaxıstan Baş Nazirinin müavini koronavirusa yoluxub
# 18 iyun 2020 16:33 (UTC +04:00)

Qazaxıstan Baş Nazirinin müavini Yeralı Toqjanov yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın xəbərinə görə, bu barədə Y. Toqjanov “Facebook”da məlumat verib.

Baş Nazirin müavini bildirib ki, o özünütəcrid edib.

“Məndə koronavirus infeksiyasının asimptomatik forması aşkarlanıb. Daha tez sağalmaq və işə başlamaq üçün həkimlərin bütün göstərişlərinə əməl edirəm. Vətəndaşlarımızdan xahiş edirəm ki, tibbi maska taxsınlar, əllərini tez-tez yusunlar və digər gigiyenik qaydalara əməl etsinlər”, - Y. Toqjanov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR