Qazaxıstan bu gündən beynəlxalq aviareysləri tədricən bərpa edir

Qazaxıstan bu gündən beynəlxalq aviareysləri tədricən bərpa edir
# 20 iyun 2020 12:50 (UTC +04:00)

COVID-19 pandemiyasına görə, digər ölkələrlə hava əlaqəsini kəsən Qazaxıstan bu gündən tədricən uçuşları bərpa etməyə başlayır.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, ölkənin Səhiyyə Nazirliyinin tövsiyələrinə və epidemioloji vəziyyətə uyğun olaraq, 20 iyun tarixindən, ilk olaraq altı dövlət - Gürcüstan, Çin, Tailand, Türkiyə, Cənubi Koreya və Yaponiyaya aviareyslər bərpa ediləcək.

Qazaxıstanın Sənaye və İnfrastruktur inkişafı Nazirliyinin yaydığı məlumata görə, beynəlxalq istiqamətlərə uçuşların sayı hava nəqliyyatı ilə bağlı mövcud hökumətlərarası müqavilələrə və hər bir marşrutda təyyarələrin kommersiya yüklənməsinə görə təşkil olunacaq.

Qeyd edək ki, iyunun 16-da Qazaxıstanın ən böyük aviaşirkəti olan “Air Astana”, iyunun 20-dən etibarən Türkiyə, Gürcüstan və Cənubi Koreyaya uçuşlara başlayacağını açıqlayıb. Şirkət tərəfindən təqdim olunan cədvələ uyğun olaraq, şənbə günü Almatı-Antalya-Almatı və Nur-Sultan-İstanbul-Nur-Sultan, bazar günü isə Almatı-İstanbul-Almatı marşrutları üzrə uçuşların bərpa edilməsi planlaşdırılır. Gürcüstan, Çin, Tailand, Cənubi Koreya və Yaponiyadan müntəzəm reyslər ilə gələn sərnişinlərin temperaturu ölçüləcək, məlumatları anketə daxil ediləcək. Koronavirus testi isə tələb olunmur. Türkiyədən gələn sərnişinlər üçün isə test icbari olacaq.

Xatırladaq ki, bu günə qədər ölkədə 16 351 COVID-19 infeksiyasına yoluxub, 10 411 xəstə sağalıb, 113 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR