Qırğızıstan 27 min vətəndaşını Tacikistanla sərhəddən köçürüb

Qırğızıstan 27 min vətəndaşını Tacikistanla sərhəddən köçürüb
# 01 may 2021 13:46 (UTC +04:00)
Tacikistanla sərhəddəki münaqişə bölgəsindən 27 mindən çox Qırğızıstan vətəndaşı evakuasiya olunub.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Eliza Soltanbəyova mətbuat konfransında deyib.
"Batkən bölgəsində 27 358 nəfər təxliyyə olunub", - deyə nazir müavini bildirib.
Nazir müavininin sözlərinə görə, psixoloqlar bu insanlarla işləyir və onlar lazımi bütün tibbi yardımla təmin olunub.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgəsinin sakinləri arasında qarşıdurma başlayıb və bu, sərhədçilər arasında silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb.
Qırğızıstan tərəfi bu toqquşmada 33 vətəndaşının həlak olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR