Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki vəziyyəti müzakirə edib

Qırğızıstan və Tacikistan prezidentləri sərhəddəki vəziyyəti müzakirə edib
# 30 aprel 2021 17:13 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov və onun tacikistanlı həmkarı İmaməli Rəhmon arasında telefon danışığı olub.

APA-nın “24.kg” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Prezidentinin saytı məlumat yayıb.

Dövlət başçıları dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsindəki vəziyyətin sürətli deeskalasiyası üçün görüləcək tədbirləri müzakirə ediblər.

S. Japarov vurğulayıb ki, Qırğızıstan tərəfi dövlətlərarası məsələləri dialoq yolu ilə həll etməyə və sərhəddə stabilliyi qorumaqda qərarlıdır.

S. Japarov Qırğızıstan və Tacikistan arasında qarşılıqlı faydalı əməkdaşlığın qırğız və tacik xalqları arasında ənənəvi və çoxəsrlik dostluq və mehriban qonşuluq zəminində getdikcə və səmərəli inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları mövcud vəziyyəti yalnız sülh yolu ilə həll etmək və 2021-ci il mayın ikinci yarısında Düşənbədə görüşmək barədə razılığa gəliblər.

Qeyd edək ki, mayın 1-də hər iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar Batken bölgəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR