Qırğızıstanın Sərhəd Xidməti: Tacikistan hərbçiləri yaşayış evlərinə atəş açıb

Qırğızıstanın Sərhəd Xidməti: Tacikistan hərbçiləri yaşayış evlərinə atəş açıb
# 01 may 2021 12:04 (UTC +04:00)

Tacikistan əsgərləri Qırğızıstanın Arka kəndindəki yaşayış evlərinə atəş açıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat idarəsi məlumat yayıb.
Bildirilib ki, daha əvvəldən kənd sakinləri evakuasiya olunub.

Sərhəd Xidməti İdarəsinin sözçüsü bildirib ki, Tacikistanla sərhəddə vəziyyət gərgindir və Qırğızıstanın sərhəd xidmətinin qüvvələri müdafiə mövqeləri tutub.
Tacikistan tərəfi məsələyə münasibət bildirməyib.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgəsinin sakinləri arasında qarşıdurma başlayıb və bu, sərhədçilər arasında silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR