Qırğızıstanın sabiq prezidenti 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib

Qırğızıstanın sabiq prezidenti 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib
# 23 iyun 2020 13:35 (UTC +04:00)

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sabiq prezidentin vəkili Sergey Slesarev bildirib ki, A. Atambayev Bişkekin 1 May Rayon Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti A. Atambayev ötən ilin avqust ayında həbs edilib. Sabiq prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR