Qırğızıstanla Tacikistan arasında yenidən atışma başlayıb

Qırğızıstanla Tacikistan arasında yenidən atışma başlayıb
# 30 aprel 2021 11:41 (UTC +04:00)

Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsindən bildirilib.

Qeyd edək ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində yaranmış qarşıdurmada 20 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdı. Qırğızıstan atışmada xüsusi təyinatlı 3 sərhədçisinin də həlak olduğunu açıqlamışdı.

Aprelin 29-da axşam saatlarında tərəflər atəşkəs barədə razılığa gəlmiş, atəş dayandırılmışdı.

Əlavə edək ki, bölgədə qarşıdurmalar müntəzəm baş verir. Buna səbəb Qırğızıstan-Tacikistan sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olmasıdır.

Tərəflər sərhəddə insidentlərlə görə bir-birini ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR