Qələbə Paradı zamanı Lenin mavzoleyinin üstünün örtülməməsi üçün Putinə müraciət olunub

Qələbə Paradı zamanı Lenin mavzoleyinin üstünün örtülməməsi üçün Putinə müraciət olunub
# 11 iyun 2020 16:35 (UTC +04:00)

Moskvada Qırmızı meydanda yerləşən Lenin mavzoleyinin tədbirlər zamanı üstünün örtülməməsi üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov ölkə prezidentinə partiya və ictimai təşkilatların qrupu adından 24 iyunda keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad zamanı Lenin mavzoleyinin üstünün örtülməsinin qəbuledilməzliyi barədə müraciət ünvanlayıb.

Müraciəti Kommunist Partiyasının mətbuat xidməti yayıb.

“24 iyun 2020-ci il tarixində keçiriləcək parad zamanı 1945-ci ilin əfsanəvi Qələbə Paradının iştirakçıları və şahidlərinin yaddaşında qalan Moskva Kremlinin tarixi görünüşünün qorunub saxlanılmasının təmin olunmasını zəruri hesab edirik. Düşünürük ki, V. İ. Lenin mavzoleyinin hər cür örtüklə qapadılması və gündəlik görünüşünün dəyişdirilməsi yolverilməzdir”, - deyə müraciətdə qeyd olunub.

Müraciəti Kommunist Partiyasının tərəfdaşı olan 40-a yaxın birlik və təşkilat imzalayıb.

Qeyd edək ki, kommunistlər məlum məsələ ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR