Rəsmi Minsk Belarusda komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbəri təkzib edib

#
# 20:32
11 avqust 2020

“Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva bildirib.

O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR