Rusiya 10 ABŞ diplomatını ölkədən çıxaracaq

#
# 21:02
16 aprel 2021

Rusiya ABŞ-ın 10 rusiyalı dipliomatı ölkədən çıxarmasına qarşılıqlı cavabı verəcək. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"On diplomat bizə verilən siyahıya salınıb və xahiş olunub ki, onlar ABŞ-dan getsinlər. Biz buna qarşılıqlı cavabı verəcəyik. On ABŞ diplomatının ölkəmizi tərk etməsini təklif edəcəyik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Moskvanın sanksiya siyahısına düşən amerikalı məmurların siyahısının bu gün dərc olunacağını da söyləyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR