Rusiya Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitəsi sədrinin Bakıda görüşü olub - YENİLƏNİB

Rusiya Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitəsi sədrinin Bakıda görüşü olub - YENİLƏNİB
# 26 noyabr 2019 19:13 (UTC +04:00)

Bu gün Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, habelə hərbi ekspertlər arasında dialoqun bərpasının perspektivləri müzakirə olunub.

“Tərəflər Avropanın təhlükəsizliyinə dair fikir mübadiləsi aparıb, NATO-Rusiya təmas xəttində insidentlərin qarşının alınması üçün mümkün tədbirləri, o cümlədən hərbi ekspertlər arasında dialoqunun bərpasının perspektivlərini, həmçinin böhranlı bölgələrdə vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

***

17.24

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov arasında görüş keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

Stüart Piç Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR