Rusiya Müftilər Şurası: Moskvada məscid çatışmazlığı problemi var

Rusiya Müftilər Şurası: Moskvada məscid çatışmazlığı problemi var
# 12 aprel 2021 17:39 (UTC +04:00)

Ramazan ayında Moskvaya böyük insan axını gözlənilir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov bildirib.

Onun sözlərinə görə, müqəddəs Ramazan ayında paytaxta böyük insan axını gözlənilir, lakin Moskvada məscidlər çatışmır.

“Əlbəttə ki, inanclı insanlar üçün bizdə məscidlər çatışmır. Adi cümə namazı günləri “Bolşaya Tatarskaya”, “Poklonnaya Qora”dakı və “Sülh” prospektindəki küçələri bağlayırlar. 1 yanvar cümə namazı istirahət gününə düşən zaman Moskvanın Cümə məscidinə dua etməyə 35 min nəfər gəlmişdi. Cümə məscidinin tutumu 10 min nəfərdir. İndi isə biz məsafənin qorunması tələbinə görə 5 min nəfər buraxırıq”, - deyə Rusiya Müftilər Şurasının rəsmisi vurğulayıb.

R. Abbasov Ramazan ayında məscidlərdə “Rospotrebnadzor”un bütün tələblərinə riayət olunacağını qeyd edib: “Biz xahiş edirik ki, insanlar gigiyena qaydalarına riayət etsinlər. Lakin inanclı insanlar çoxdur, məscidlərin ətrafında insanlar toplaşır. Biz hələ miqrant axınını da gözləyirik. Əgər məscidin kifayət qədər ərazisi varsa, insanlar çalışırlar ki, küçəyə çıxıb dua etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR