Rusiya Prezidenti dörd naziri vəzifəsindən azad edib

Rusiya Prezidenti dörd naziri vəzifəsindən azad edib
# 09 noyabr 2020 12:49 (UTC +04:00)

Rusiya Prezidenti Vladimri Putin dörd naziri vəzifəsindən azad edib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət başçısının fərmanı ilə nəqliyyat naziri Yevgeni Ditrix, təbiət naziri Dmitri Kobılkin, Tikinti naziri Vladimir Yakuşev və prezidentin Ural federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Nikolay Tsukanovu vəzifələrindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl Putiun Dövlət Duması deputatlarının yeni nazirləri təsdiq etmə prosedurunu dəqiqləşdirən federal konstitusiya qanununu imzalayıb. Bu qanun güc strukturları blokuna daxil olan nazirlərdən başqa, Nazirlər Kabinetinin bütün üzvlərinə aiddir. Güc strukturları blokuna daxil olan nazirləri Prezident senatorlarla məsləhətləşdikdən sona təyin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR